Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Könüllüləri İctimai Birliyi (ADPU TKİB) və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə "Beynəlxalq Ana dili Günü"nə həsr olunmuş "Könlüm şeir soraqlıdır" adlı görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Səhnə danışığı kafedrasının dosenti, bədii qiraət ustası Ağalar Bayramov tələbələrin qonağı olub. A.Bayramov ana dilinin insan və xalq üçün önəmi haqqında danışaraq Məmməd Arazın poeziyasından, Bəxtiyar Vahabzadə irsindən parçalar səsləndirib.
Görüşdə iştirak edən A.Bayramovun dərs dediyi ADMİU tələbələri də müxtəlif poeziya nümunələri səsləndiriblər.
Qiraət ustadı A.Bayramov "Mənəm, Ağalaram!" şeiri ilə tələbələrlə sağollaşıb.